Ermənilər Orta Qərvəndi atəşə tutdu, xəsarət alan var
Bizi izləyin

Nida Xəbər

Ermənilər Orta Qərvəndi atəşə tutdu, xəsarət alan var

Xəbər verildiyi kimi, bu gün düşmən tərəfinin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm