Mişustin Əli Əsədovla Dağlıq Qarabağın bərpasını MÜZAKİRƏ ETDİ
Bizi izləyin

Nida Xəbər

Mişustin Əli Əsədovla Dağlıq Qarabağın bərpasını MÜZAKİRƏ ETDİ

Azərbaycanın Baş naziri Əli Əsədovla rusiyalı həmkarı Mixail Mişustin arasında telefon danışığı baş tutub.

Publika.az Rusiya hökumətinə istinadla xəbər verir ki, tərəflər iqtisadi-ticari əməkdaşlığı, xüsusilə də enerji, nəqliyyat, sənaye sahələrindəki birgə layihələrin icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bununla yanaşı, koronavirusa qarşı tədbirlər, o cümlədən yeni dərmanların tətbiqilə bağlı da müzakirələr aparılıb.

Tərəflər “Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikası baş naziri, Rusiya Federasiyası prezidenti tərəfindən 9 noyabr tarixində imzalanmış birgə bəyanata əsasən Dağlıq Qarabağın münaqişə sonrası bərpası və iqtisadi inkişafı” istiqamətində birgə səylərin əhəmiyyətini vurğulayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm