Əfv Komissiyasının üzvü: “Yeniliklər gözlənilir”
Bizi izləyin

Nida Xəbər

Əfv Komissiyasının üzvü: “Yeniliklər gözlənilir”

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar gedir. Əfvlə bağlı həddən artıq müraciətlər edilib.

Publika.az xəbər verir ki, bunu report-a açıqlamasında komissiyanın üzvü, Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O xatırladıb ki, Əfv Komissiyasının yeni tərkibi formalaşıb:

“Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi, əfv addımlarını əldə rəhbər tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm