• USD 1,7000 0,00% EUR 2,0237 0,00%
    • GBP 2,3347 0,00% RUB 0,0221 0,00%

Qənizadə YAP-ın rəhbər orqanlarında təmsil olunacaq?!

Qənizadə YAP-ın rəhbər orqanlarında təmsil olunacaq?!

Sabah hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək və mətbuatda gedən yazılarda qeyd edilir ki, qurumun rəhbər strukturlarında çox ciddi dəyişikliklər olacaq. Dünən “aspalitka.info” saytının əməkdaşı Rasim Əliyevin yazısında da bu kadr dəyişiklikləri ilə bağlı bir çox məqamlara aydınlıq gətirilib. Amma yazıda diqqətimizi cəlb edən məqam sabiq deputat Çingiz Qənizadənin də Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarında təmsil olunması ilə bağlı fikirlərdir.

Ölkənin ictimasi-siyasi həyatında aktiv olan Çingiz Qənizadə birdən-birə Yeni Azərbaycan Partiyası sıralarına daxil olmaq üçün ölkə rəhbərliyinə müraciət etdi. Nəzərə alsaq ki, mətbuatda və televiziyalarda gedən debatlarda hakim partiya təmsilçilərinə və partiyanın üzvü olub vəzifə tutan şəxslərə qarşı çox ciddi ittihamlar irəli sürülür, onda belə bir vaxtda Çingiz Qənizadənin transfer etməsi biraz müəmmalı göründü. İctimai rəydə hakim partiya üzvlərinə qarşı mənfi fikirlər formalaşdığı bir anda imici ictimai rəydə müsbət olan, heç bir halda reputasiyası korlanmıyan şəxsin YAP-a transfer etməsi bəzilərində belə bir fikir yaratdı ki, Çingiz Qənizadəyə qarşı həm müxalifətdən, həm də ictimaiyyət tərəfindən təpkilər olacaq. Amma görünən bu oldu ki, Çingiz Qənizadənin transferi etməsinə qarşı mətbuatda və sosial şəbəkələrdə hər hansı mənfi fikirlər söylənilmədi. Əksinə, bir çox YAP-çılar tərəfindən Çingiz Qənizadənin hakim partiyaya transfer olunması alqışlandı. Bu yəqin ki, ondan irəli gəlir ki, Çingiz Qənizadə həm müxalifət, həm də iqtidar tərəfindən qəbul edilən siyasi bir fiqurdur.

Məlumat üçün onu da qeyd edək ki, son illərdə ölkədə hansısa tanınmış simalardan YAP-a transferin şahidi olmamışıq.

Həmişə həqiqəti söyləyən hüquq müdafiəçisi Çingiz Qənizadə, həm də siyasətçi kimi ölkənin ictimasi-siyasi həyatında aktiv fəaliyyətinə görə 2017-ci ildə prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. Həmçinin, Çingiz Qənizadə hüquq üzrə fəlsəfə doktorudur. Artıq uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərir.

Pandemiya dövrü və İkinci Qarabağ savaşı başlayandan və sonraki günlərdə demək olar ki, hər gün telekanallarda ölkədə baş verən hadisələrlə bağlı öz çıxışları ilə tamaşaçılar qarşısında göründü. Çingiz Qənizadə ölkənin, ordunun və prezidentin yanında olmağı bacardı.

Əli Əhmədovun, Mübariz Qurbanlının və digərlərinin AMİP-dən transfer edərək YAP-a gəlməsi və daha sonra YAP-ın rəhbərliyində təmsil olunmasını nəzərə aldsaq, həqiqətən də Çingiz Qənizadə haqqında son günlər mətbuatda gedən fikirlər özünü doğrulda bilər.

Modern.az saytının əməkdaşı mətbuatda gedən fikirlərlə bağlı Çingiz Qənizadə ilə əlaqə saxlayıb.

Ç.Qənizadə qeyd edib ki, YAP-da vəzifə alacağı barədə hər hansı bir məlumata malik deyil və o, partiyanın siravi əsgəridir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR