Nida Xəbər
“Avropa Xalq Partiyası” fraksiyası niyə Bakıya düşmən kəsilib? - SƏRT REAKSİYA
Avropa Parlamentinin “Avropa Xalq Partiyası” fraksiyasından olan bir qrup Avropa Komissiyasının sədri Ursule fon der Layen və Avropa Şurasının sədri Şarl Mişelə Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan iddialardan ibarət müraciət ünvanlayıb. “Avropa Xalq Partiyası” fraksiyasını təşkil edənlər əsasən Fransa, Bolqarıstan, Yunanıstan, Kipr və az sayda digər ölkələrdən olan deputatlardır. Məktub müəllifləri Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasına, yüzminlərlə azərbaycanlının qaçqın və köçkün düşməsinə, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırım cinayətlərinə yol vermiş Ermənistanı “Avropanın dostu” adlandırır və bu ölkənin “münaqişəyə görə böyük dəyər ödədiyini” bildirirlər. Fraksiya üzvləri məktubda bildirirlər ki, Azərbaycan 70-ə yaxın “erməni hərbi əsir”in hüquqlarını və guya beynəlxalq konvensiyaları pozaraq onları Ermənistana təhvil vermir, buna görə Azərbaycan təzyiq edilməlidir.
Bakı isə “Avropa Xalq Partiyası” fraksiyasının belə bir məktubla müraciət etməsini bu fraksiyanın üzvlərinin uzun müddətdir Azərbaycana qarşı haqsız, qərəzli mövqeyinin növbəti nümayişi olduğunu bildirir.
Hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov bu barədə bildirdi ki, bu cür məktub həm də Avropanın bir qismi olsa da, müxtəlif dövlətlərin təmsilçilərinin separatizmi, işğaldan azad edilmiş yurdları viran qoyan, azərbaycanlı əsirlərə amansız işgəncələr verən erməni faşizminə boyun əydiyinin daha bir sübutudur: “Onları erməni faşizminə boyun əyməyə, beynəlxalq hüququ tapdamağa vadar edən amil erməni diasporu, erməni iş adamlarının oyuncağına çevrilmələridir, eyni zamanda Azərbaycanla Türkiyənin birliyini, inkişafını, bölgədə söz sahibi olmasını istəmədikləridir. Həmin məktubu imzalayanların siyahısına nəzər yetirdikdə görürük ki, deputatların təmsil etdikləri ölkələrin də Azərbaycana münasibəti həmişə qərəzli olub, bu gün də qərəzlidir. Azərbaycana qarşı qərəzləri o dərəcədə böyükdür ki, reallıqları, beynəlxalq konvensiyaları belə, təhrif etməkdən çəkinmirlər. 44 günlük müharibənin 10 noyabr üçtərəfli bəyanatı ilə başa çatdığı məlumdur. 10 noyabra qədər olan dövrdə hərbi əməliyyatlar zamanı əsir götürülən şəxslər hərbi əsirlər sayılır. Azərbaycan bütün hərbi əsirləri beynəlxalq konvensiya və qanunlara hörmət əlaməti olaraq Ermənistana qaytarıb. 10 noyabrdan sonrakı dövrdə Azərbaycan ərazisində ələ keçirilən silahlı ermənilər isə hərbi əsir deyil və beynəlxalq konvensiyalar da belə şəxsləri hərbi əsir kimi tanımır. Bunu həmin bədnam məktubu imzalayan fraksiya deputatları bilməmiş deyillər. Lakin erməni maqnatların pulları, gözlərini örtən qərəz pərdəsi onları o vəziyyətə salıb ki, beynəlxalq qanunları da çeynəməkdən çəkinmirlər. Onlar
Azərbaycana qarşı bu qərəzli dəstənin önündə Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi, AP-də “Avropa Xalq Partiyası” fraksiyasının vitse-prezidenti Andrey Kovaçev dayanır. Həmçinin siyahıya baxanda məlum olur ki, məktubu imzalayanların 49 nəfəri Fransanı təmsil edir. Məktubu imzalayanlar arasında ikinci sırada dayananlar isə Yunanıstan deputatlarıdır. Burada həm də bir türk düşmənçiliyi açıq görünür".
Deputat vurğuladı ki, Azərbaycan 10 noyabr üçtərəfli bəyanatının bütün tələblərinə əməl edib. Eyni zamanda bəyanatın 8-ci bəndinin tələblərini yerinə yetirərək müharibə dövründə ələ keçirilən hərbi əsirləri Ermənistana qaytarıb: “Bununla da Azərbaycan həm də Cenevrə Konvensiyasının tələblərini yerinə yetirib. 10 noyabr bəyanatının konkret bəndləri var ki, onlara Ermənistan hələ də əməl etməyib. Eyni zamanda Ermənistan Cenevrə Konvensiyasını hələ birinci Qarabağ müharibəsi zamanından daim pozub. 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər yoxdur. Həmin azərbaycanlılar məhz Ermənistan tərəfindən əsir götürüblər və bu günə qədər Ermənistan bunu gizlədir, etiraf etmir. ”Avropa Xalq Partiyası"nın fraksiyası isə indiyə qədər bu məsələləri görməməzlikdən gəlir".
Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, “Avropa Xalq Partiyası” fraksiyası və bu tipli qrupların Azərbaycana qarşı haqsız, qeyri-obyektiv mövqe sərgiləməsi birinci dəfə deyil. Həm Avropa Şurasının iclaslarında, həm də digər bəzi beynəlxalq təşkilatların tədbirlərində onlar həmişə Azərbaycan üçün problem yaratmağa çalışıblar. Bunun da səbəbi bizə məlumdur: “Həmin fraksiyanın üzvlərinin böyük əksəriyyəti erməni diasporu ilə iş biriliyində olan deputatlardır. Xüsusən Fransadan olan deputatlar ermənilərlə sıx əlaqəlidirlər. Yeri gəlmişkən, qeyd edim ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən dərhal çıxarılmalıdır. Çünki onlar müharibəyə qədər və müharibə zamanı, müharibədən sonra neytrallıqlarını qoruya bilmədilər, açıq şəkildə Ermənistana dəstək verdilər, işğalçının yanında oldular. Bu gün də işğalçının yanındadırlar. Həmin fraksiyanın üzvlərini danışdıran qüvvələr də var. Onların bir çoxunu biz üzdən tanıyırıq, Avropa Şurasında müxtəlif tədbirlərdə görmüşük. Onlar sırf erməni mövqeyindən çıxış eləyən insanlardır. Onların erməni lobbisi tərəfindən maliyyələşmələri burada təsirini göstərir. Onları danışdıran erməni lobbisi, erməni iş adamlarıdır”.
Hüquq müdafiəçisi qeyd etdi ki, fraksiyasının deputatlarının məktubu bir hüquqi sənəd deyil, sadəcə, müraciətdir: “Onlar öz şəxsi prizmalarından Azərbaycanın yaxaladığı həmin 60-dan çox erməni silahlılarını hərbi əsir kimi görürlər. Halbuki həmin silahlılar 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan sonrakı dövrdə Ermənistan ərazisindən Azərbaycan ərazisinə qanunsuz gətirilənlərdir. Həmin silahlı ermənilər Azərbaycan ərazisində qanunsuz silahlı qrup olaraq hərəkət ediblər, Azərbaycan hərbçilərinə qarşı terror hərəkətlərinə əl atıblar. Onlar məhz bu səbəbdən Azərbaycan xüsusi xidmət orqanları və hərbçilərimiz tərəfindən tərk-silah ediliblər. Həmin silahlı qrupu hərbi əsirlər adlandırmaq tamamilə absurddur və beynəlxalq hüququn ayaq altına atılmasıdır. Həmin erməni silahlılar konkret cinayət hərəkətlərinə görə saxlanılıblar, müharibə dövründə əsir götürülməyiblər. Azərbaycan beynəlxalq konvensiyalara görə üzərinə götürdüyü öhdəliyi tamamilə yerinə yetirib - 10 noyabr üçtərəfli bəyanatı imzalanan ana qədər müharibə dövründə ələ keçirilmiş hərbi əsirlərin hamısını Ermənistana qaytarıb. Hətta Azərbaycan həmin dövrdə əsir götürülmüş Suriyadan olan snayperçi qadını da Ermənistana qaytarıb. 10 noyabrdan sonra Azərbaycan ərazisində müharibə dayanıb və o zamandan indiyə qədər Azərbaycan ərazisinə silahlı daxil olan şəxslər konkret cinayət əməllərini törətdikləri üçün cinayətkardırlar, hərbi əsir deyillər. İndi onlar haqqında istintaq hərəkəti gedir. Onların işi məhkəməyə göndəriləcək. Onlar hərbi əsir deyillər, Azərbaycan qanunlarını pozublar, cinayətkardırlar. ”Avropa Xalq Partiyası" və digər fraksiyaların məqsədi bu cinayətkarların təzyiq yolu ilə azad edilməsidir. Azərbaycan Prezidenti də bu məsələ barədə sözünü deyib. Onlar qanun qarşısında cavab verməlidirlər və verəcəklər. Azərbaycan Prezidentinin əfv etmək kimi müstəsna hüququ var. Məhz məhkəmə hökmündən sonra nə zamansa Prezident özü həmin ermənilərin məsələsinə baxa da bilər, baxmaya da bilər. İndiki dönəmdə isə hansısa erməni oyuncağı olan fraksiyaların məktubları və ya təzyiqləri ilə heç nə dəyişməyəcək. Biz haqlı qalibik və qaliblər mühakimə olunmur". (musavat.com)
-
Magazin122:08
"Bir dəfə mənə yazdı ki, qarşında baş əyirəm..."
-
Yaxın Şərq21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO
-
Magazin121:24
Bizimkilər "Pantene Altın Kelebek"də - VİDEO
-
Yaxın Şərq19:36
Üsyançılar Rusiya bazasının yerləşdiyi TARTUSDA: Əsədin atasının daha bir heykəlini yıxdılar - VİDEO
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan