Serbiyada Heydər Əliyevin doğum günü qeyd edildi
Bizi izləyin

Nida Xəbər

Serbiyada Heydər Əliyevin doğum günü qeyd edildi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Serbiyadakı səfirliyimiz tərəfindən Belqradda tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqradda fəaliyyət göstərən “AzVirt” şirkətinin və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə “Taşmaydan” parkına gələrək, ümummilli liderin burada ucaldılmış abidəsini ziyarət edib, önünə əklil qoyub, gül dəstələri düzüblər.

Daha sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsini ziyarət dərək hər iki abidənin önünə gül dəstələri qoyublar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar həmçinin Serbiyanın nüfuzlu “Danas” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş məqalə dərc edilib. Məqalədə Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdən, uzaqgörən siyasətindən bəhs olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm