Nida Xəbər
Naxçıvan Ümumqoşun Ordusuna da həyacan siqnalı verildi - Sabahdan başlayır
Azərbaycan ordusu Naxçıvan Muxtar Respublikasında da irimiqyaslı hərbi təlimlərə başlayır.
Publika.az nuhcixan.az agentliyinə istinadla xəbər verir ki, 2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.
Mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.
Xatırladaq ki, Azərbaycan ordusu bu gündən etibarən 15 minlik canlı qüvvə və yüzlərlə döyüş texnikasının cəlb olunduğu irimiqyaslı təlimlərə başlayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə təlimlərdə iştirak edəcək qoşunlar əməliyyat rayonlarına çıxarılıb. Bu təlimlər Azərbaycan-Ermənistan sərhədinin Laçın və Kəlbəcər istiqamətlərində hökm sürən gərginliklə bir vaxta təsadüf edir.
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO