Bu, İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir
Bizi izləyin

Nida Xəbər

Bu, İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir

Dünya liderlərinin Azərbaycan Prezidenti İlham Əliyevə 28 May Respublika Günü münasibətilə ünvanlanan təbriklərə diqqət yetirdikdə, Azərbaycanın regional proseslərdə oynadığı rolun bütün mənzərəsini görmək mümkündür. 30 illik tarixi olan bir dövlət üçün qısa müddət ərzində belə bir mövqe qazanması şübhəsiz ki, çox çətindir. Təbii ki, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti və qlobal proseslərdə oynadığı rol nəticəsində mümkün olub.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq qeyd edib ki, məktublarda Azərbaycanın beynəlxalq terrorla mübarizədə rolu xüsusi olaraq vurğulanır:

“ABŞ prezidenti Co Bayden tərəfindən Azərbaycanın NATO ilə əməkdaşlığını, ölkəmizin bu sahədə həyata keçirdiyi addımları və beynəlxalq missiyaya verdiyi dəstək qeyd olunur. Azərbaycanın “Bir kəmər və bir yol layihəsində iştirakı və nəqliyyat dəhlizlərin reallaşdırılmasında oynadığı rol da xüsusi olaraq qeyd edilir. Bu da Prezident İlham Əliyevin yürütdüyü siyasətin nə qədər çoxşaxəli olduğunu və beynəlxalq münasibətlər sisteminin bütün istiqamətləri üzrə Azərbaycanın rolunu xüsusi olaraq qabardır. Bu baxımdan düşünürəm ki, məktublar sadəcə Azərbaycana və Azərbaycan Prezidentinə Cumhuriyyətimizin 103-cü il dönümü münasibəti ilə ünvanlanmayıb, həm də Azərbaycanın qlobal proseslərdə oynadığı roluna verilən qiymətdir. Bu, ölkəmizin mövqeyinin və Azərbaycan Prezidentinin nüfuzunun ifadə olunmasıdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm