Nida Xəbər
İsraildə 28 May - Respublika Günü münasibətilə virtual tədbir keçirildi - FOTO
İsraildə fəaliyyət göstərən “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə 28 May – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş virtual tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a bildiriblər ki, onlayn tədbirə İsraildə yaşayan azərbaycanlı və yəhudi icmalarının 40-a yaxın üzvü qatılıb. Tədbirin moderatoru “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bu tarixi hadisə ilə bağlı dünya azərbaycanlılarını və yerli ictimaiyyəti təbrik edib. Eyni zamanda, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkil etdiyi "YAŞAT" xeyriyyə marafonu ilə bağlı məlumatları bölüşüb.
Tədbirdə tarixçi, kolleksiyaçı Leonid Liflend, “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tov, tarixçi Fuad Axundov, mühəndis İosif Keylixis (heykəltəraş, Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi Yakov Kellixisin nəvəsi) və başqaları çıxış edərək, 103 il əvvəl müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əhəmiyyətindən danışıblar. Türk və İslam dünyalarına nümunə olan parlament respublikasının 23 aylıq fəaliyyəti zamanı əldə etdiyi nailiyyətlərə, xalqımızın azadlıq və müstəqillik mübarizəsi salnaməsinə qızıl hərflərlə həkk olunmuş 28 May tarixinin bütün dünyada qeyd olunmasına diqqət cəlb ediblər.
Tədbirdə Azərbaycanda təşəkkül tapan bir sıra ənənələrdən, o cümlədən Azərbaycan çayının tarixindən və xüsusiyyətlərindən də ətraflı danışılıb.
-
Yaxın Şərq17:35
Suriyada müvəqqəti hökumətin başçısı bu şəxs oldu - FOTO
-
Yaxın Şərq16:46
TƏCİLİ: Rusiya qoşunları Suriyadakı iki bazanı tərk etdi
-
Maraq dünyası16:16
Van gölü möcüzəsi: Niyə uşaqların saçı yayda saralır, qışda isə qaralır? - FOTOLAR
-
Sosial15:33
Məşhur şadlıq sarayı bağlanır? - FOTO
-
Kriminal14:36
Qadından gənc oğlana qarşı dəhşətli əməl: “Əxlaqsız təklif etdi...” - Şok təfərrüat / VİDEO
-
Dünya13:37
Bəşər Əsədin 2014-cü ildə öldürülən əmisi oğlunu "asdılar" - FOTOFAKT
-
Cənubi Qafqaz12:53
Bakı və İrəvan Vaşinqtona nə deyir? - Narışkin ABŞ-ın planını de-şifrə etdi
-
Hadisə11:55
Bu rayonun icra başçısının tükürpədən əməlləri