Hər rübdə köçürülən vəsaitlərdən niyə 5 min manat tutulur?
Bizi izləyin

Nida Xəbər

Hər rübdə köçürülən vəsaitlərdən niyə 5 min manat tutulur?

Milli Məclisin bugünkü plenar iclasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Maliyyə naziri Samir Şərifovdan partiyalara ayrılan pullardan 5 min manat kəsilməsinin səbəbini soruşub.

Publika.az xəbər verir ki, partiya sədri rüblük ödənişlərdə partiyalara köçürülən vəsaitdə 5 min manat kəsr olduğunu bildirib.

Tahir Kərimli nazirə sualla müraciət edib: “Deyirsiniz hər il partiyalara 4 milyon manat ayrılır, bəs hər rübdə köçürülən vəsaitlərdən niyə 5 min manat tutulur? Bunu heç cür başa düşə bilmirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm