Prezident: "Dövlət sərhədində möhkəmlənəcəyik, heç kim bizə təzyiq edə bilməz"
Bizi izləyin

Nida Xəbər

Prezident: "Dövlət sərhədində möhkəmlənəcəyik, heç kim bizə təzyiq edə bilməz"

“Biz öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik”.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində çıxışında deyib.

"Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, – altı ay artıq keçibdir, - bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm