Nida Xəbər
“Şuşa şəhəri haqqında” qanun layihəsi qəbul edildi
Milli Məclisin plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşdan müzakirəyə çıxarılıb.
Publika.az xəbər verir ki, qanun ciddi müzakirələrdən keçib.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevə deyib ki, layihə mayın 27-də parlamentin iclasında ikinci oxunuşdan keçib: “Deputatlar bəzi təkliflər irəli sürdü. Həmkarlarımdan Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Jalə Əliyeva, Aydın Mirzəzadə və digərləri təkliflərlə çıxış ediblər. Həm mən, həm də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli müəllim izahat verib. Biz təkliflərlə bağlı hakimiyyət orqanları ilə müzakirələr aparmışıq. Həmkarlarımı qanun layihəsinə səs verməyə dəvət edirəm”.
Qüdrət Həsənquliyev isə deyib ki, ikinci oxunuşda iki məsələni qaldırıb: “Bunlardan biri şəhərin idarəetməsinin forması ilə bağlı olub. Hörmətli Əli Hüseynli deyib ki, şəhərdə icra hakimiyyəti və bələdiyyə orqanları fəaliyyət göstərəcək. Bu, məni qane etdi. İkinci qaldırdığım məsələ şəhərin giriş-çıxışının tənzimlənməsi ilə əlaqədar idi. Qənirə xanım dedi ki, ikilikdə danışacaq. Ancaq dedikləri məni qane etmədi. Bildirdi ki, bütün qoruqlara giriş-çıxış tənzimlənir. Aydın olmadı ki, Şuşaya giriş-çıxış necə tənzimlənəcək? Əgər hər bir avtomobil yoxlanılsa, bu, əlbəttə tıxac yaradacaq. Yox, əgər pullu olacaqsa, məncə bu, doğru deyil”.
Komitə sədri Ziyafət Əsgərov isə Qüdrət Həsənquliyevin qaldırdığı məsələyə cavab olaraq bildirib ki, bu məsələlər Konstitusiyanın 94-cü maddəsi ilə tənzimlənir: “Texniki məsələlər isə icra qurumları tərəfindən tənzimlənəcək”.
Deputat Fəzail Ağamalı qeyd edib ki, layihə ikinci oxunuşdan keçərkən Şuşa şəhərində Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasını təklif edib: “Qənirə xanım buna münasibət bildirmədi”.
Sonda qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
-
MDB16:36
Gürcüstandakı iğtişaşların təhrikçisi bəlli oldu - Rusiya açıqladı
-
Sosial15:32
Əli Kərimliyə bu cəza verildi
-
Maraq dünyası14:56
Bu 3 bürc 2024 bitmədən varlanacaq - Pul sel kimi gələcək
-
Nida Xəbər 13:56
Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir: Ara qarışdı - İrəvanda nə BAŞ VERİR?
-
İdman13:24
Ulduz futbolçu yenə eşqə düşüb: Bu dəfə onu yoldan çıxaran kimdir? - FOTOLAR
-
Sosial12:28
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA
-
MDB11:24
Putinin hamıdan gizlətdiyi qaranlıq sirri üzə çıxdı: bu ölkədə saxlanır - FOTOLAR