Əli Əsədov Türkiyənin yeni səfiri ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Əli Əsədov Türkiyənin yeni səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 31-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Baş nazir Türkiyə səfirinə Azərbaycandakı fəaliyyəti müddətində uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm