Nida Xəbər
Azad edilmiş ərazilərdə əsgərlərlə görüş keçirildi - FOTO
İllik fəaliyyət planına uyğun olaraq Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü ərəfəsində azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə görüş keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüşdə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi nəticəsində 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbədən, döyüşlərdə göstərilən qəhrəmanlıq və şəxsi igidlik nümunələrindən əsgərlərlə geniş söhbətlər aparılıb, ordumuzun əldə etdiyi zəfərin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbir zamanı istedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.
Görüşlər zamanı “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş edilib.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının vətənpərvərlik mövzusunda təqdim etdiyi musiqi nömrələri şəxsi heyət tərəfindən rəğbətlə qarşılanıb.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR