AKP nümayəndə heyəti Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

AKP nümayəndə heyəti Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət etdi - FOTO

Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət edib.

Qonaqlar ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub. Nümayəndələr həmçinin oftalmoloq alim Zərifə Əliyevanın da məzarını ziyarət edib, qəbri üstünə güllər düzüblər.

Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanına gəlib. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm