Azərbaycan XİN: "Ermənistanı məsuliyyətə cəlb edəcəyik"
Bizi izləyin

Nida Xəbər

Azərbaycan XİN: "Ermənistanı məsuliyyətə cəlb edəcəyik"

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcək.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov öz "Twitter" hesabında yazıb.

"Önümüzdəki günlərdə "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı azərbaycanlıların insan hüquqlarının 30 il ərzində pozulması qəbuledilməzdir", - o yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm