Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək
Bizi izləyin

Nida Xəbər

Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək

Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş keçirilib.

“Tasnim” agentliyi nin yaydığı məlumata görə, BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutan görüşdə tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.

Nazirlər regional məsələləri müzakirə edib və qeyd olunub ki, indi iki ölkə arasında məsləhətləşmələrə daha çox ehtiyac var.

Görüşdə Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti İbrahim Rəisini ölkəsinə səfərə dəvət məktubunu Hüseyn Əmirabdullahiana təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm