Nida Xəbər
"Sarsılmaz qardaşlıq-2021" təlimində iştirak edən Türkiyə hərbçiləri yola salındı - FOTO/VİDEO
“Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat taktiki təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin yola salınması mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, mərasimdə çıxış edənlər “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təlimində iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıblar.
Təlimdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələri mənsublarına hədiyyələr təqdim edilib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsindən yola düşən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları “Ümid” körpüsündən keçməklə xidmət yerlərinə doğru hərəkəti davam etdiriblər.
-
Magazin123:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin121:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"
-
Nida Xəbər 20:16
XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
-
Region20:12
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO
-
Ekologiya19:48
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
-
Kriminal19:06
Yevlaxda ər arvadını qətlə yetirdi, özü isə...