Nida Xəbər
Zakir Həsənov hərbçiləri təltif etdi
Əfqanıstan İslam Respublikasında həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasında iştirak etmiş Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Müdafiə nazirinin əmri ilə təltif olunub.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ölkəmizi və ordumuzu yüksək səviyyədə təmsil etmiş, xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Azərbaycan sülhməranlılarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.
General-mayor Kənan Seyidov Müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və hərbi qulluqçulara Azərbaycan Respublikasının "Şücaətə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" medallarını təqdim edib.
Qeyd edək ki, Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasında iştirak etmiş hərbçilərimiz cari ilin oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə də təltif olunublar.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi