Nida Xəbər
İsraildə Azərbaycanın Zəfər Gününə həsr edilən tədbir keçiriləcək
Milli Məclisin deputatı Anatoliy Rafailov noyabrın 7-də İsrailin Tel-Əviv şəhərində Azərbaycanın Zəfər Gününə həsr edilən tədbirə qatılacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyası AZİZ-in təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri olan Zəfər Gününün ildönümü qeyd ediləcək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edərkən şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunacaq.
Səfər çərçivəsində Anatoliy Rafailov Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan-İsrail diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr edilmiş tədbirlərdə də iştirak edəcək.
Tədbirlərə İsrail parlamentinin üzvləri, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri də qatılacaqlar.
Səfər noyabrın 11-də başa çatacaq.
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev