Nida Xəbər
Deputatdan Fransaya SƏRT SÖZLƏR
“Fransa Milli Assambleyasında Senatın rəsmi şəxslərinin erməni separatçılarını qəbul etməsi birmənalı qarşılana bilməz. Mən bu məlumatı oxuduqda heç də təəccüblənmədim. Çünki Fransa daima belə fəaliyyət göstərib, müsəlman ölkələrinə qarşı olub”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Həsənquliyev sual edib ki, Qarabağdakı separatçıları Parisə dəvət edən Fransa nədən Donbas və digər separatçılarla bağlı belə addım atmır.
Avstraliyanın Fransadan köhnə sualtı qayıq almadığı üçün Parisin bəyanatlar verdiyini xatırladan deputat əlavə edib ki, həmin vaxt Fransada bəyan edirdilər ki, bu addım onun şərəfinə toxunub: “Bu halda Fransa özü nədən şərəfə uyğun olmayan addım atır?”
Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycan mümkün qədər Fransanı Minsk qrupundan kənarlaşdırmağa çalışmalıdır: “Erməni lobbisinin çirkli pulu ilə bəslənənlər heç vaxt bu addımlardan əl çəkməyəcək. Məncə, Fransa ilə münasibətlərə yenidən baxılmalıdır”.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?