Polis və etirazçılar arasında qarşıdurma: tabe olmadılar -YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Polis və etirazçılar arasında qarşıdurma: tabe olmadılar -YENİLƏNDİ

“Evə -Avropaya” vətəndaş hərəkatının etiraz aksiyası keçirdiyi Gürcüstan hökumətinin administrasiyası qarşısında polis və etirazçılar arasında mübahisə yaranıb.

Publika.az xəbər verir ki, hüquq-mühafizə orqanları mitinq iştirakçılarını ərazini tərk etməyə çağırıblar, lakin onlar buna tabe olmayıblar.

Etirazçılar Hökumət Administrasiyası binasının qarşısında daha çox yaxınlaşıblar, lakin polis onları zorla ərazidən uzaqlaşdırıb.

Hazırda Hökumət Administrasiyasının qarşısında dəmir barrikadalar qurulub.

Xatırladaq ki, dünən parlament qarşısında keçirilən genişmiqyaslı aksiyada qərara alındı ki, etirazçıların bir qismi gecəni Hökumət Administrasiyası qarşısında keçirsinlər və baş naziri etirazlarla qarşılasınlar.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm