Nida Xəbər
Taxıl biçini: məhsuldarlıq 2 milyon tona çatdı
Respublikanın 61 rayonunda taxıl biçini davam edir. Ölkə üzrə ümumilikdə taxıl sahələrinin 66 faizində biçin prosesi yekunlaşıb.
Publika.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
V.Hüseynov deyib ki, ümumilikdə sahələrdən 1 968 320 ton məhsul yğılıb.
“Hazırda biçin prosesində 1 655 kombayn iştirak edir. Bunlardan 651-i “Aqroservis” ASC-nin balansında olan kombaynlardır. Biçində həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 1 004 kombayn da iştirak edir. Biçin prosesinin optimal müddətdə başa çatması nəzərdə tutulur”,- deyə o, qeyd edib.
Onun sözlərinə görə, biçin tam başa çatmış rayonların əkin sahələrində yay şumuna başlanıb: “Bu il Azərbaycanda hər hektardan 50-60 sentnerdən yuxarı məhsul götürən fermer təsərrüfatlarının sayı əvvəlki ilə nisbətən daha çoxdur: “Həmin təsərrüfatlarda apardığımız monitorinqlər göstərir ki, bol məhsul götürülməsində iki faktor önəmli rol oynayıb. O fermerlər sahələrdən daha yüksək məhsul götürürlər ki, əkin materialı kimi sertifikatlı toxumdan istifadə edirlər, həmçinin sahələrə düzgün aqrotexniki qulluq göstərirlər. Taxılçılıqda aqrotexniki qulluğun ilk mərhələsi biçindən dərhal sonra yay şumunun aparılmasıdır. Yay şumu becərmə dövründə fermerlərin əkin məsrəfinin azalması, həm də növbəti mövsümdə daha çox məhsul götürməsi baxımından mühüm əhəmiyyəti var. Yay şumu torpağn strukturunu yaxşılaşdırır, alaq otlarına və gəmiricilərə qarı mübarizə üçün sərf olunan xərcləri azaldır, torpağın üzvi gübrə ilə zənginləşməsini təmin edir. Təcrübəni nəzərə alaraq, fermerlərimiz bu il də biçindən sonra yay şumu aparmağa daha çox maraq göstərir. Artıq ölkə üzrə biçin başa çatmış ərazilərin 20 %-də yay şumu aparılıb”.
(report)
-
İKT23:00
Yeni dələduzluq növü yayılıb? - Polis XƏBƏRDARLIQ ETDİ
-
İdman22:36
“Qarabağ” “Bodo Qlimt” matçında ikinci qol - CANLI/YENİLƏNİR
-
Ekologiya20:00
Bayram günlərində hava necə olacaq? - PROQNOZ
-
Elm və təhsil19:00
Məktəblərdə payız tətili günlərinin tarixi AÇIQLANDI
-
Nida Xəbər 18:50
General-mayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir? - DOSYE
-
Sosial17:48
General-mayor rütbəsi verilən polkovniklər kimlərdir?
-
Rəsmi xronika17:12
İlham Əliyev sərəncam imzaladı
-
Hadisə16:39
Prospektdə piyadanın səbəb olduğu dəhşətli qəzanın görüntüləri - VİDEO