Şəhid diplomatların məzarı ziyarət ediləcək
Bizi izləyin

Nida Xəbər

Şəhid diplomatların məzarı ziyarət ediləcək

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “2023- Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda on üçüncü Səfirlər konfransı keçiriləcək.

Publika.az xəbər verir ki, avqustun 8-dən 12-dək davam edəcək konfransın bölmələrlə Ankara, Nevşəhir və Kayseri şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Azərbaycan heyətinin də iştirakı ilə konfransdan əvvəl Ankaranın Altındağ rayonunda yerləşən Cəbəci Asri Məzarlığında şəhid türk diplomatların uyuduqları müqəddəs məkan ziyarət ediləcək.

Xatırladaq ki, erməni terror təşkilatları tərəfindən 1973-1984 illərdə xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatları və ailələri geniş miqyaslı terror hücumlarına məruz qalıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm