TDT erməni təxribatını pislədi
Bizi izləyin

Nida Xəbər

TDT erməni təxribatını pislədi

Türk Dövlətləri Təşkilatı Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatını pisləyib.

Publika.az təşkilatın saytına istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının baş katibinin Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarla bağlı bəyanatında deyilir.

Baş katib bununla bağlı ciddi narahatlığını ifadə edir, eləcə də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhədi boyunca hərbi təxribatını pisləyir.

Təşkilat beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini bir daha təsdiqləyir, Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin vacibliyini xatırladır.

TDT Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edir və Ermənistanı iki qonşu ölkə arasında əldə olunan davam edən razılaşmalara əməl etməyə çağırır.

Katiblik həlak olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm