Nida Xəbər
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
Qazax rayonun işğaldan azad olunan 4 kəndində sərhədçilər tərəfindən xidmət yüksək səviyyədə təşkil edilib.
Publika.az xəbər verir ki, Teleqraf.com-un Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunları Komandanlığının hərbi qulluqçusu polkovnik-leytenant Elnur Abdullayev deyib.
O bildirib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları həm də xidməti ərazidə yerləşən təbiət qoruqları və tarixi abidələrimizin qorunmasında böyük rol oynayır:
"19 aprel 2024-cü ildə cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində Qazax rayonunun işğal altında olan 4 kəndi (Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli, Qızılhacılı) işğaldan azad olunub.
Hazırda bu kəndlərdə sərhədçilər tərəfindən xidmət yüksək səviyyədə təşkil edilib.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları xidməti dövlət sərhədimizin mühafizəsi və müdafiəsi ilə bərabər, həm də ərazidə qanunsuz ovun qarşısını alır, burada yerləşən təbiət qoruqları, tarixi abidələr və meşə zolaqlarının da mühafizəsində böyük rol oynayır.
O qeyd edib ki, Avey Məbəd qoruğu Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunları tərəfindən qorunur:
"Avey Məbəd qoruğu VII əsrdə tikilib. Hazırda Qazax rayonunun Daşsalahlı kəndi ərazisində yerləşir. Bura Mədəniyyət Nazirliyi və Sərhəd Qoşunları Komandanlığı tərəfindən qorunur. Onun qorunması, ona baxış və qulluğun göstərilməsi qoruq işçiləri tərəfindən Sərhəd Qoşunlarından verilmiş müvafiq rejim və baxım sənədləri ilə həyata keçirilir".
-
Magazin123:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
Dünya22:44Bu ölkədə 7,2 bal gücündə zəlzələ oldu: 7 nəfər yaralandı - YENİLƏNDİ
-
İdman22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları
-
Avropa19:30Kir Starmer qadağaya məhəl qoymayıb "TikTok" hesabı açdı






.jpg)











.jpg)









.jpg)







