Nida Xəbər
Bu məzarlıqlar İrəvanın hərbi cinayətlərini ifşa edir – Mövqe
Post-müharibə dövründə həllini gözləyən məsələlər sırasında humanitar xarakterli məsələlər də var. Bunların ikisi üzərində dayanmaq istəyirəm. Biri Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsi, ikincisi mina müharibəsidir. İnformasiya müharibəsi çərçivəsində də Ermənistan əslində dezinformasiya yaymaqla məşğuldur.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, erməni tərəfi belə bir fon yaratmağa çalışır ki, guya birinci Qarabağ müharibəsində onlar nə azərbaycanlı hərbçiləri əsir, nə də mülki şəxsləri əsir götürüblər: “Yəni, çalışırlar ki, tarixin bu məqamının üstündən sükutla keçsinlər və öz hərbi cinayətlərini ört-basdır etsinlər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə ən yüksək beynəlxalq kürsülərdən bəyan edib ki, Ermənistan birinci Qarabağ müharibəsində 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi haqda heç bir məlumat vermir. Onlar itkin düşüb. Onlara qarşı qəddarcasına davranış olub. Onlar vəhşicəsinə qətlə yetirilib və erməni trəfin onların kütləvi məzarlığını da gizlədir və heç bir məlumat vermir. Ancaq Ermənistan tarixin üstünü nə qədər örtməyə çalışsa da həqiqət gec-tez agah olur”.
Elman Nəsirov qeyd edib ki, elə bu günlərdə Xocavənd rayonunun Edilli kəndi ərazisində 12 Azərbaycan hərbçisinin skelet sümüyünün olduğu kütləvi məzarlığın aşkar edilməsi ilə bağlı xəbərlər yayılıb. Halbuki erməni tərəfi bütün bunları gizlədirdi. Çünki belə məzarlıqların üzə çıxması Ermənistanın hərbi cinayətlərini ifşa edir, onların qəddar və insanlığa zidd davranışını, genosid siyasəti keçirdiyini ortaya qoyur. Qoy düyna bilsin ki, Ermənistan Azərbaycana qarşı həm də humanitar sahədə bir intervensiya siyasəti həyata keçirib. Bunun nəticəsində bizim həm hərbçilərimiz, həm də mülki insanlarımız qətlə yetirilib. Onlarla insanlığa daban-dabana zidd davranış ortaya qoyulub. Bir daha demək istəyirəm ki, bu artıq hərbi cinayətdir”.
Milli Məclisin deputatı deyib ki, Ermənistan əslində bütün bunlardan sonra özü həqiqətin üzünə işıq saçmalı, həmin hərbi cinayətlərin nəticəsi olan kütləvi məzarlıqları göstərməli, onları koordinatlarını Azərbaycana verməlidir: “Bu isə nəticə etibarilə humanitar sahədə Ermənistan-Azərbaycan əməkdaşlığının etimad mühitinin formalaşması üçün münbit zəmin yarada bilər. Təəssüf ki, Ermənistan hər şeyi gizlədir. O gizlətsə də tarix hər şeyin zamanında qiymətini verir. Ermənistanın gizlətdiyi faktlar bu gün aşkara çıxır və beynəlxalq ictimaiyyət də bunu görür, izləyir və erməni faşizminin əsl mahiyyətini görmüş olur”.
Səxavət Həmid
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO








.jpg)

.jpg)










.webp)













.jpg)


