Nida Xəbər
Neftimiz 1,4 faiz ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,38 ABŞ dolları, yaxud 1,4 % azalaraq 94,74 ABŞ dolları təşkil edib.
Publika.az bu barədə neft bazarındakı mənbəyə istinadla xəbər verir.
Hərraclarda “Brent” markalı neftin dekabr fyuçersləri 93,50 ABŞ dollara satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

-
Avropa00:49
Fransada xalq ayağa qalxdı - VİDEO
-
Qoroskop00:39
Bürclər bu gün nə vəd edir? - "Maaşınızın artırılması üçün real addımlar atın"
-
Region23 Mart 21:17
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq - Nikol Paşinyan
-
Nida Xəbər 23 Mart 20:41
Leyla Əliyevadan Ramazan ayı ilə bağlı paylaşım - FOTO
-
MDB23 Mart 19:41
Medvedev nüvə ilə hədələdi: Putin həbs olunsa...
-
Pul23 Mart 19:09
Dolları nə gözləyir? - EKSPERT RƏYİ
-
Avropa23 Mart 18:53
"Budapeşt Putini həbs edə bilməyəcək" - Aparat rəhbəri
-
Qadın23 Mart 18:18
Bu, qadınlarda sonsuzluq riskini 40% artırır