Nida Xəbər
Avstriya Çindən gələnlərə test öhdəliyi tətbiq edəcək
Avstriya Çindən Avropaya səfər edənlər üçün test öhdəliyi tətbiq edən ölkələr sırasına qoşulub.
Publika.az xəbər verir ki, Avstriyanın Səhiyyə Nazirliyi ötən günlərdə belə bir öhdəliyin texniki və tibbi cəhətdən məqsədyönlü olmadığını elan etsə də bir sıra Avropa ölkəsinin müvafiq addımı və həmçinin Çindən ölkəyə daxil olan şəxslərdə yoluxma hallarının artımı rəsmi qərara öz təsirini göstərib. Nazirlikdən bildirilib ki, Çindən Avstriyaya səfər edən şəxslər uçuşdan öncə test verməli olacaqlar və bununla bağlı detallar üzərində iş gedir.
Avropa İttifaqının (Aİ) səhiyyə ekspertləri yanvarın 4-də bütün Aİ üzrə Çindən gələn şəxslər üçün test öhdəliyi barədə razılığa gələ bilməsələr də üzv ölkələrin fərdi qaydada belə bir öhdəliyi tətbiq etmələrini tövsiyə etmişdilər. Aİ-nin səhiyyə komissarı Stella Kiriakides Aİ ölkələrinin Çindəki koronavirus dalğası ilə bağlı yaranmış vəziyyətə koordinasiyalı şəkildə yanaşmalarını alqışlayıb.
Avropa İttifaqının Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) verdiyi məlumata görə, hazırda Çində koronavirusa yoluxma halları Aİ-dəki epidemioloji vəziyyətə birbaşa təsir göstərməyəcək. Bir tərəfdən Çində sirkulyasiya edən virus variantları Avropada da mövcuddur və Aİ ölkələrində yoluxma və peyvəndlər sayəsində immunitet səviyyəsi kifayət qədər yuxarı hesab edilir.
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ