Nida Xəbər
Nəhəng qızıl yatağı tapıldı - Prezident xalqı muştuluqladı

Serbiyada ehtiyatlarına görə dünyanın ən böyük yüzlüyünə daxil ola biləcək qızıl yatağı aşkar edilib.
Publika.az xəbər verir ki, bunu prezident Aleksandr Vuçiç xalqa müraciətində deyib.
"Biz ehtiyatlarının həcminə görə, Jaqubitsadan daha böyük qızıla malik daha bir yer tapdıq", - deyə Serbiya lideri qeyd edib.
Onun sözlərinə görə, hazırda əlavə yoxlamalar aparılır, lakin ilkin məlumatlara görə, söhbət dünyada yüz ən zəngin və bəlkə də daha böyük qızıl yatağından birindən gedir.
Bundan əvvəl ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Neqre Serbiyanın Jaqubitsa bələdiyyəsində böyük qızıl yatağının aşkar edildiyini bildirmişdi. O vurğulayıb ki, bu, bütün ölkənin iqtisadiyyatı, xüsusən Şərqi Serbiya üçün böyük əhəmiyyət kəsb edə bilər.
Vuçiç daha əvvəl bildirmişdi ki, Serbiya son iki ildə qızıl valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb. O qeyd edib ki, ölkənin qızıl ehtiyatları 2020-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur.
Səxavət

-
Nida Xəbər 19:03
İsrailin müdafiə naziri Bakıya etdiyi zəngdən danışdı: "Bu gün səhər mən..."
-
Nida Xəbər 18:54
Mehman Əhmədli biznesmenin itinə meyxana deyib? - "Bir nəfər yaxınlaşdı ki..."/Video
-
Nida Xəbər 18:27
Daha bir Avropa ölkəsinin prezidenti Kiyevə gəldi
-
Sosial17:55
Bunu edənlərə 3 ilədək həbs cəzası veriləcək - YENİ MADDƏ
-
Sosial17:38
Sabahdan hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
-
Sosial17:05
Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı - Yeniləndi
-
Magazin116:40
Roza Zərgərli ərə gedir: 13 namizədim var, birini seçəcəm - VİDEO
-
Region16:00
Molla rejiminin "yeni oyunu" - Terrorçunu xəstəxanaya yerləşdirdilər