Nida Xəbər
Kanada parlamentində Azərbaycanın haqlı möqeyi müdafiə edildi
“NAC-Network of Azerbaijani Canadians” (Kanada Azərbaycanlılar Şəbəkəsi) Kanada parlamentində keçirilən dinləmələrdə iştirak edərək Azərbaycan tərəfinin mövqeyini bu ölkənin deputatlarının diqqətinə çatdırıb.
Publika.az xəbər verir ki, Kanada Parlamentinin Xarici Əlaqələr və Beynəlxalq Ticarət məsələləri üzrə Daimi Komitəsi Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik, habelə Laçın yolunda azərbaycanlı ekoloji aktivistlərin aksiyası ilə əlaqədar xüsusi dinləmələr keçirib.
Dinləmələrdə iştirak etmək üçün 5 erməni nümayəndəsi ilə yanaşı Kanadanın azərbaycanlı icmasının təmsilçisi olaraq “NAC-Network of Azerbaijani Canadians” təşkilatının İdarə Heyətinin sədri Anar Cahangirli də çıxış edib.
O bildirib ki, hazırkı vəziyyəti analamaq üçün bölgədə son 30 il ərzində baş verən prosesləri nəzərə almaq lazımdır.
“Belə ki, Azərbaycan ərazilərinin işğal altında qalması, Qarabağda və ətraf ərazilərdə yaşamış 700 000-dən artıq azərbaycanlının və eləcə də Ermənistanda yaşamış 200 000-dən artıq azərbaycanlının etnik təmizləməyə məruz qalması diqqətə alınmalıdır. 2020-ci ildə Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa əsaslanaraq öz ərazilərini işğaldan azad edib. Hazırda bölgədə çox gərgin bir vəziyyət yaranıb. Ermənistan tərəfi 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozmaqdadır.
Bununla yanaşı, Rusiyanın birbaşa təsiri altında olan Ruben Vardanyan Qarabağa gələrək vəziyyəti daha da gərginləşdirib. Hazırda Azərbaycanın Qarabağ bölgəsində yerləşən qızıl və mis yataqlarının qeyri-qanuni işlənməsinə qarşı ekoloji aktivistlərin aksiyası davam edir və irəli sürülən tələblər tam olaraq legitimdir”.
Sonda qeyd edilib ki, kanadalı azərbaycanlılar Kanadanın bölgədəki siyasətininin daha balanslı olmasının arzu edirlər və bu istiqamətdə işlərini davam etdirəcəklər.
İclas zamanı, həmçinin Kanadanın hakim Liberal partiyasını təmsil edən və Xarici işlər nazirinin parlamentdəki nümayəndəsi olan Rob Olifant bildirib ki, Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır və və tam olaraq dəstəkləyir.
-
Nida Xəbər 10:52
Bu mərkəzə direktor təyin edildi - FOTO
-
Səhiyyə10:18
Dərmanlar ucuzlaşacaq? - Bu qərar qəbul edilərsə...
-
Art09:10
Başına müsibətlər gələn, 35 yaşında ölən aktyorun faciəvi həyat yolu
-
Dünya08:25
"Lazım gələrsə, Tehran nüvə silahı yarada bilər" - İran rəsmisi
-
Sağlamlıq07:35
ÜST-dən vərəmlə bağlı xəbərdarlıq - Rekord yoluxma
-
Kriminal03:18
Azərbaycanda qardaş bacını döyərək xəstəxanalıq etdi
-
ABŞ02:19
Baydendən İranla bağlı QƏRAR: Müddət uzadıldı
-
Kriminal02:00
Qadınları intim əlaqə adı ilə çağırıb dəhşət yaşadan FƏHLƏ - VİDEO