Nida Xəbər
Rusiyaya casusluq edən Almaniya xüsusi xidmət əməkdaşı həbs edildi

Münhen hava limanında Ukraynadakı vəziyyətlə bağlı məxfi məlumatları ötürməkdə, Rusiyaya casusluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə yanvarın 26-da Almaniyanın “Merkur” nəşri məlumat yayıb.
Almaniya xarici kəşfiyyatının əməkdaşı Artur E. Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı zamanı Moskvanın xeyrinə casusluq etməkdə şübhəli bilinir. Qeyd olunur ki, təqsirləndirilən şəxs 2022-ci ilin fevralında Moskva ilə Kiyev arasında münaqişə başlayandan sonra alınan məlumatları ötürən və 21 dekabr 2022-ci ildə saxlanılan Karsten L. ilə tanış olub. O, həm də Almaniya Federal Kəşfiyyat Xidmətinin əməkdaşı olub. O, prokurorluq tərəfindən həbs edilib və hazırda həmin şəxs dövlətə xəyanətdə şübhəli bilinərək istintaqa cəlb olunub.
Daha əvvəl bildirilmişdi ki, Artur E. Münhen hava limanında federal cinayət polisi tərəfindən saxlanılıb. Qeyd olunur ki, təqsirləndirilən şəxslərə qarşı istintaq Almaniya Federal Kəşfiyyat Xidməti ilə sıx əməkdaşlıq və ABŞ Federal Təhqiqatlar Bürosunun dəstəyi ilə aparılıb.
"Təqsirləndirilən şəxs dövlətə xəyanətdə iştirakda şübhəli bilinir", - Almaniya prokurorluğunun mətbuat xidmətinin nümayəndələri bildiriblər. Departament əlavə edib ki, həbs qərarı mahiyyətcə onu Federal Kəşfiyyat Xidmətində peşəkar fəaliyyəti zamanı əldə etdiyi məlumatları 2022-ci ildə Rusiya kəşfiyyatına ötürməkdə ittiham edir.
Səxavət

-
Sosial16:50
İqtisadiyyat naziri vəzifəsindən azad edildi
-
Nida Xəbər 16:40
Ordumuzun 473 hərbçisinə mənzil verildi
-
Sosial16:05
Prezident seçkiləri ilə bağlı MSK-da iclas keçirilir
-
Dünya15:38
Putin açıqladı: Martın 17-də keçiriləcək seçkilərdə...
-
Region15:08
Rusiyanın kabusu Cənubi Qafqazda - sərhədlərimizdə nə baş verir?
-
Sosial14:15
AZAL-ın təyyarəsi İrəvana uçacaq
-
Rəsmi xronika13:38
İlham Əliyev daha bir sərəncam imzaladı
-
Sosial13:15
Zəlzələdən sonra Səngəçalda SİRLİ QALA üzə çıxdı - ŞOK VİDEO