Nida Xəbər
Tramp xəbərdarlıq etdi: "Nüvə münaqişəsi başlaya bilər"

Qərb ölkələrinin Kiyevə tanklar təhvil verməsi nüvə münaqişəsinin alovlanmasına səbəb ola bilər, ona görə də Ukraynada hərbi əməliyyatları tez bir zamanda bitirmək lazımdır.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Əvvəlcə tanklar, sonra nüvə bombaları olacaq. Bu ağılsız müharibəni bitirin, elə indi. Bu, bu qədər sadədir!", - deyə Tramp cümə axşamı özünün "Truth Social" səhifəsində yazıb.
Yanvarın 25-də Almaniya hökuməti Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından Ukraynaya 14 "Leopard 2" tankı göndərəcəyini və başqa ölkələrə təkrar ixrac icazəsi verəcəyini təsdiqləyib. ABŞ Prezidenti Co Bayden daha sonra Vaşinqtonun Ukraynaya 31 "Abrams" tankı göndərəcəyini bildirib. Baydenin sözlərinə görə, Vaşinqtonun Ukraynaya tank tədarük etmək qərarı Rusiyaya qarşı mübarizə deyil, azadlıq uğrunda mübarizədir. Bundan əlavə, ABŞ Prezidenti əlavə edib ki, tankların tədarükü Rusiya üçün təhlükə ehtiva etmir.
Səxavət

-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO
-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO
-
Magazin118:13
Müslüm Maqomayevin onu otağından qovmasından DANIŞDI: "Mənə ağıl öyrədəcəksən?" - VİDEO
-
Cənubi Qafqaz17:55
Sülh müqaviləsi üzərində işləyirik, Laçın yolunu isə... – Mirzoyan
-
Region16:33
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
-
ABŞ16:11
Böhran bütün dünyaya yayıla bilər - Şok ssenari