Nida Xəbər
"Bu anlayış artıq Qərbə də çatır" - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərb ölkələri ABŞ-ın təxribatlarının Ukrayna münaqişəsinə səbəb olduğunu anlamağa başlayıblar.
Publika.az xəbər verir ki, diplomat bu barədə çərşənbə axşamı "Solovyov Live" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Rusiyada hər şey çoxdan başa düşülüb və uzun illər bunu başqa ölkələrə çatdırmağa çalışıblar.
"Bu anlayış artıq Qərbə də çatır", - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, vəziyyəti bəziləri cəsarətlə, bəziləri daha təkidlə söyləyir: "Bu məsələ ekspertlər, politoloqlar, jurnalistlər tərəfindən başa düşülməyə başlanır. Onlar təxribatın açıq şəkildə belə nəticələrə gətirib çıxardığını deyirlər.
Zaxarova təxribatı Minsk razılaşmalarını imzalayan ölkələrin ilkin olaraq öhdəliklərini yerinə yetirməyi düşünməmələri ilə izah edib.
Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, onlar bu barədə birbaşa danışıblar, bu da o deməkdir ki, onlar cavab verməlidirlər.
Yanvarın 26-da Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın “Rada” telekanalına müsahibəsində etiraf edib ki, Ukrayna üzrə danışıqların Normandiya formatı diplomatik imitasiya olub.
Keçən dekabrda Almaniyanın keçmiş kansleri Angela Merkel isə demişdi ki, Minsk razılaşmaları Kiyevə özünü gücləndirmək üçün vaxt vermək üçün düşünülüb. Onun sözlərinə görə, Ukraynanın şərqindəki silahlı münaqişənin həll olunmayacağı Minsk razılaşmalarının bütün iştirakçılarına aydın idi.
Səxavət

-
Avropa00:49
Fransada xalq ayağa qalxdı - VİDEO
-
Qoroskop00:39
Bürclər bu gün nə vəd edir? - "Maaşınızın artırılması üçün real addımlar atın"
-
Region23 Mart 21:17
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq - Nikol Paşinyan
-
Nida Xəbər 23 Mart 20:41
Leyla Əliyevadan Ramazan ayı ilə bağlı paylaşım - FOTO
-
MDB23 Mart 19:41
Medvedev nüvə ilə hədələdi: Putin həbs olunsa...
-
Pul23 Mart 19:09
Dolları nə gözləyir? - EKSPERT RƏYİ
-
Avropa23 Mart 18:53
"Budapeşt Putini həbs edə bilməyəcək" - Aparat rəhbəri
-
Qadın23 Mart 18:18
Bu, qadınlarda sonsuzluq riskini 40% artırır