Nida Xəbər
Macar nazir: "İsveç NATO-ya daxil olmaq istəyirsə..."

İsveç hökuməti NATO-ya daxil olmaq üçün Türkiyənin dəstəyini qazanmaq istəyirsə, fərqli davranmalıdır.
Publika.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib.
Siyyarto çərşənbə axşamı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdükdən sonra ötən həftə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasını qəbuledilməz adlandırıb.
"Müqəddəs kitabın yandırılmasının ifadə azadlığının bir hissəsi olduğunu söyləmək tamamilə cəfəngiyatdır", - nazir bildirib.
Türkiyə ilə yanaşı yalnız Macarıstan İsveç və Finlandiyanın NATO-ya üzvlük ərizələrini hələ də ratifikasiya etməyib. Siyyartonun sözlərinə görə, Macarıstan açıq şəkildə "bəli" demək niyyətindədir, lakin öz qərarında Türkiyəyə təsir göstərməyə çalışmayacaq.
Həmin mətbuat konfransı zamanı Türkiyənin xarici işlər naziri Ankaranın İsveçin NATO-ya üzv olmaq ərizəsini hələlik təsdiq etməyəcəyini təsdiqləyib.
"İsveç üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, o zaman oturub danışa bilərik. Amma indi İsveçin NATO-ya üzv olmaq üçün müraciətinə "hə" deyə bilmərik", - Çavuşoğlu bildirib.
Xatırladaq ki, İsveçin baş naziri Ulf Kristersson bütün siyasi qüvvələri anti-Türkiyə hərəkətləri fonunda gərginliyi azaltmaq üçün səy göstərməyə çağırıb, buna görə də Ankara ölkənin Şimali Atlantika alyansına daxil olmasını təsdiqləməməklə hədələyir.
Türkiyənin Stokholmdakı səfirliyi qarşısında "Quran" yandırıldıqdan sonra Türkiyə İsveç və Finlandiya ilə üçtərəfli danışıqları dayandıraraq danışmağın mənasız olduğunu bildirib.
Buna baxmayaraq İsveç bu yay NATO-ya üzv olmağa ümid edir.
Səxavət

-
Pul10:11
Pulsuz qalmamaq üçün bunu edin - Məşhur maliyyəçidən mühüm tövsiyə
-
Hadisə09:52
Yevlaxda qəza: Avtobusun vurduğu qadınlardan biri öldü, digəri isə...
-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar