Nida Xəbər
Makron Putinə Zelenskinin xahişi ilə zəng edirmiş

Fransa Prezidenti Emmanuel Makron adətən başqasının xahişi ilə Rusiya Prezidenti Vladimir Putinə zəng edir.
Publika.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Lejandr bu xahişi fransız siyasətçidən kimin etdiyini açıqlayıb.
Nazirlik nümayəndəsinin sözlərinə görə, fransız siyasətçi Ukrayna Prezidenti Vladimir Zelenskinin xahişi ilə Putinə zəng edir. Xüsusilə, söhbət Enerqodardakı Zaporojye AES-də (ZAES) vəziyyətin müzakirəsindən gedir. Lejandr əlavə edib ki, məhz bu zənglər sayəsində MAQATE missiyası ZAES-ə göndərilib.
"Makron niyə bunu edir? Aydın şəkildə görürük ki, bu gün söhbət silahla aparılır, danışıqlar vaxtı hələ gəlməyib. Lakin elə bir an gələcək ki, Ukraynaya yerlərdə verdiyimiz dəstəyi nəzərə alsaq, ukraynalılar ərazi bütövlüyü və suverenliklərinin qaytarılmasına nail olmaq üçün danışıqların vaxtının çatdığına qərar verəcəklər”, - Ann-Kler Lejandr əlavə edib.
Səxavət

-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar
-
Region25 Mart 21:45
AEBA-nın rəhbəri: "Nüvə riskinin azaldılması üçün..."
-
İdman25 Mart 20:58
BOS-dan "Qarabağ” azarkeşlərinə BİLDİRİŞ