Nida Xəbər
Ukraynadakı münaqişə III dünya müharibəsinə keçəcək - Baş nazir

Polşanın Baş naziri Mateuş Moravetski etiraf edib ki, Rusiya ordusu Ukraynanı tərk etməsə, münaqişə üçüncü dünya müharibəsinə çevrilə bilər.
Publika.az xəbər verir ki, bu barədə o, İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində bildirib.
Moravetski deyib ki, müharibənin sonu, Rusiya öz qoşunlarını Ukraynadan çıxaranda gələcək. “Ya könüllü, ya da məcburi formada”, - deyə o qeyd edib.
“Məcburi forma”nın üçüncü dünya müharibəsi mənasını verə biləcəyinə dair aydınlaşdırıcı sualı cavablandıran Polşanın Baş naziri deyib: “Biz bütün ssenariləri nəzərə alırıq”.
Bundan əvvəl İtaliyanın müdafiə naziri Qvido Krozetto bəyan etmişdi ki, üçüncü dünya müharibəsi rus tankları Kiyevə və Avropa sərhədlərinə çatanda başlayacaq. Rusiya Təhlükəsizlik Şurası sədrinin birinci müavini Dmitri Medvedev hesab edir ki, əgər üçüncü dünya müharibəsi olarsa, o, tanklarla və qırıcılarla olmayacaq və bu zaman hər şey toza çevriləcək.
Səxavət

-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO
-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO
-
Magazin118:13
Müslüm Maqomayevin onu otağından qovmasından DANIŞDI: "Mənə ağıl öyrədəcəksən?" - VİDEO
-
Cənubi Qafqaz17:55
Sülh müqaviləsi üzərində işləyirik, Laçın yolunu isə... – Mirzoyan
-
Region16:33
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
-
ABŞ16:11
Böhran bütün dünyaya yayıla bilər - Şok ssenari