Nida Xəbər
Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar tikiləcək

Martın 20-də Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında Azərbaycan zəlzələ bölgəsində yenidənqurma işləri üçün 100 milyon ABŞ dolları məbləğində yardım ayırdığını elan edib.
Publika.az xəbər verir ki, Azərbaycanın yardım üçün ayırdığı vəsait hesabına yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisi həyata keçiriləcək.
Məlumdur ki, zəlzələnin ilk günlərindən etibarən Azərbaycan Türkiyəyə dəstək nümayiş etdirərək, dərhal axtarış-xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar (940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri, 5 300 tondan artıq humanitar yük) göndərib. Türkiyəyə zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə isə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərilib.
Bu, bir daha onu sübut edir ki, Azərbaycan hər zaman olduğu kimi bundan sonra da qardaş Türkiyənin yanında olacaq.
Xatırladaq ki, “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında Türkiyə və Suriyada zəlzələdən zərərçəkmişlər üçün 7 milyard avroya yaxın yardım öhdəliyi götürülüb.

-
Hadisə00:45
Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Uçmağa icazən var
-
İdman19 İyul 23:12
Neymar 1,5 milyona aldığı avtomobili bu səbəbdən sürə bilməyəcək - FOTO
-
Yaxın Şərq19 İyul 23:00
20 il komada qalan "Yatmış Şahzadə" VƏFAT ETDİ
-
Magazin119 İyul 22:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region19 İyul 21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya19 İyul 21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika19 İyul 20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ