Nida Xəbər
“Hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir
“Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlara dəyişikliklər edilir.
Publika.az xəbər verir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsində hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur.
Layihədə texniki xarakterli dəyişikliklər var.
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsində isə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslərin hərbi qeydiyyatdan çıxarılması qaydasının təkmilləşdirilməsi, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən dairənin dəqiqləşdirilməsi nəzərdə tutulur.
Hər iki qanuna dəyişiklik layihəsi bu gün parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında birinci oxunuşda müzakirə edilib. Müzakirələrdən sonra qanunlara dəyişiklik layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
-
ABŞ10:50
Putinin bəyanatının pərdəarxası: Tramp Kremlin istəklərinə qulaq asacaq?
-
Nəqliyyat09:37
Sürücülərə xəbərdarlıq: bayram günlərində...
-
Ekopublika.az08:40
Bayram tətili günlərində bölgələrdəki otel və restoranlarda QİYMƏTLƏR - VİDEO
-
Avto07:15
Bu avtomobil şirkəti 4500 işçisini ixtisar edəcək
-
İdman06:46
"Qan qusdum" - Taysondan səhhətilə bağlı şok etiraf
-
İdman02:42
Super ulduzun arvadı Ançelottini biabır etdi - FOTO
-
Hadisə01:30
Daha bir acı xəbər gəldi: bu dəfə 14 yaşlı yeniyetmə...
-
Sosial00:50
Toya hazırlaşanlara məyusedici xəbər - Qiymətlər bahalaşacaq