Nida Xəbər
Ermənistan MN etiraf etdi: iki əsgəri itkindir...
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb, nəticədə 2 erməni hərbi qulluqçu saxlanılıb, qrupun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.
Publika.az xəbər verir ki, məlumat yayıldıqdan dərhal sonra Ermənistan MN bunu təkzib edərək, hər hansı diversiya həyata keçirmədiyini elan etmişdi.
Az öncə isə Ermənistan MN növbəti açıqlama yaymağa məcbur olub. Ermənistan MN diversiyanı bir daha inkar etsə də, iki əsgərinin “itkin düşdüyünü” elan edib.
“Hərbçilərin Azərbaycan tərəfə keçməsi istisna edilmir”, - Ermənistan MN-in açıqlamasında bildirilir.
Bu “bəyanatın” özü belə gülüncdür. Çünki DSX faktiki olaraq iki erməni diversantın saxlanıldığını rəsmən elan edib. Bunun ardınca “Azərbaycan ərazisinə keçməsi istisna deyil” kimi ifadə Ermənistan MN-in yalanını ifşa edir.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO