Nida Xəbər
İsrail Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi
Bakıda səfərdə olan İsrail Prezidenti İsxaq Hersoq mayın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Publika.az xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.
O, daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, “Əbədi məşəl” abidəsi də ziyarət olunub, önünə əklil qoyulub.
"Müasir Azərbaycanın qurucusu, Prezident Heydər Əliyevin məzarı önünə və Azərbaycan xalqı şəhidlərinin xatirəsinə ucaldılmış “Əbədi məşəl” önünə əklillər qoymaq şərəfinə nail olduq. Prezident Heydər Əliyev müasir Azərbaycan xalqının qurucusu, İsraillə isti münasibətlərin əsasını qoyan və onun yolunu açan Ulu Öndərdir. Buna görə ona təşəkkür edirik”, - İsxaq Hersoq bildirib.
-
Elm və təhsil18:24
Bakıda daha bir məktəbin direktoru İŞDƏN ÇIXARILDI - FOTO
-
Sosial17:00
Pensiya alanların nəzərinə!
-
Nida Xəbər 16:12
Anar Eyvazova yeni vəzifə verildi
-
İnanc15:43
Musa peyğəmbərin sandığı axtarılır: "Tabutu-Səkinə”də Allahın hansı ƏMRləri var?
-
İdman15:07
Bütün dünya bu qadından danışır: Görün 11 milyon avrodan nəyə görə imtina edib - FOTOLAR
-
MDB15:00
1 milyon ölü və yaralı: Rusiya və Ukraynanı demoqrafik fəlakət gözləyir
-
Dünya14:22
Avropa İttifaqı jurnalistlərin öldürüldüyü bu ölkəni niyə qoruyur? - Şok faktlar açıqlandı
-
Nida Xəbər 13:35
Edam hökmü niyə gecikir? - Azərbaycan İrandakı səfirini geri çağıra bilər