Nida Xəbər
XİN Fransa Prezidentinə cavab verdi

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir".
Publika.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanatına cavab olaraq deyib.
O qeyd edib ki, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib.
"Daha sonra, Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir", - XİN sözçüsü vurğulayıb.

-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb
-
Nida Xəbər 10:07
Kəlbəcərdəki məşhur şirkətin ərazisində silah-sursat aşkar edildi - FOTO/ VİDEO