Nida Xəbər
Mərkəzdə yeni təyinatlar - Siyahı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni təyinatlar olub.
Publika.az xəbər verir ki, yeni kadr təyinatları çərçivəsində Almaniyanın Bonn Universitetində doktorantura təhsili almış, Mərkəzin şöbə müdiri Dr.Rəşad Hüseynov monitorinq və qiymətləndirmə üzrə icraçı direktorun müavini təyin edilib.
Həmçinin Monitorinq və qiymətləndirmə şöbəsinin tərkibində üç yeni sektor yaradılıb və yeni təyinatlarla bu şöbənin potensialı gücləndirilib.
Belə ki, hüquq üzrə fəlsəfə doktoru İlqar Babayev şöbənin müdir müavini təyin olunub.
Qeyd edək ki, İstanbul Ticarət Universitetində təqaüd ilə beynəlxalq ticarət və Avropa Birliyi hüququ ixtisası üzrə doktorantura təhsil alan İ.Babayev bundan əvvəl Təhsil Nazirliyi sistemində bir sıra vəzifələrdə çalışıb. Eyni zamanda iqtisad üzrə fəlsəfə doktoru Emil Qasımov şöbənin Sahəvi proqramların monitorinqi sektoruna, iqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova isə Sosial-iqtisadi proqramların monitorinqi sektoruna rəhbər təyin olunub. Onların hər ikisi daha əvvəl İqtisadiyyat Nazirliyinin strukturlarında fəaliyyət göstəriblər.
Qeyd edilənlərlə yanaşı, ADA Universitetinin məzunları Şəbnəm Məmmədli və Elşən Yusifli, həmçinin Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu, Prezident təqaüdçüsü Coşqun Cəfərov da Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi vəzifələrinə təyinat alıblar.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR