Nida Xəbər
Qarabağda baş tutan “seçkilər”... - Bayramovdan sərt reaksiya
Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin 9 sentyabr tarixində “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusudur.
Publika.az xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı zamanı bildirib.
Nazir bu addımın bölgədə normallaşma və erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbə vurduğu bildirib.
Erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb.
Nazir beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, Azərbaycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb.
-
MDB19:30
Rusiyada sərnişin və yük qatarları toqquşdu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Magazin219:05
49 yaşlı rejissor 18 yaşlı nişanlısı ilə ilk dəfə - FOTO
-
Sosial18:25
Hərbi xidmətlə bağlı yeniliklər kimlərə şamil ediləcək?
-
Rəsmi xronika17:20
Mən bu barədə danışdıqda, “zəncirli köpəkləri”ni üzərimə salırlar - Prezident
-
Rəsmi xronika16:03
İlham Əliyev sərəncam imzaladı
-
Sosial15:16
Əhaliyə xəbərdarlıq: dekabrın 18-i axşamdan...
-
MDB14:53
3 arvad, 14 uşaq - İvanın hərəmxanası yoxlanılacaq - FOTOLAR
-
Magazin113:50
Nazilə onun nömrəsini yaydı: "Kimi yığsa, polisə müraciət etsin" - FOTO