Nida Xəbər
Şahin Məmmədov komandan təyin edildi - FOTO
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib.
Publika.az bakupost.az-a istinadən xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb.
Xatırladırıq ki, Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edirdi. Mediada onun adı müxtəlif qanunsuz əməllərdə hallandırılıb. Məhz Sübhan Bəkirovun dövründə 1-ci dərəcəli kapitan Şahin Məmmədov öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.
12 mart 2020-ci ildə komandan təyin olunan Sübhan Bəkirov bu il yanvarın 12-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatması ilə əlaqədar ehtiyata buraxılıb.
Onu da qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.
-
Rəsmi xronika16:03
İlham Əliyev sərəncam imzaladı
-
Sosial15:16
Əhaliyə xəbərdarlıq: dekabrın 18-i axşamdan...
-
MDB14:53
3 arvad, 14 uşaq - İvanın hərəmxanası yoxlanılacaq - FOTOLAR
-
Magazin113:50
Nazilə onun nömrəsini yaydı: "Kimi yığsa, polisə müraciət etsin" - FOTO
-
İdman13:00
Futbol əfsanəsinin 50 yaşlı xanımı: Hamı onun gözəlliyindən danışır - FOTOLAR
-
Nida Xəbər 12:47
Xankəndidə neçə erməni yaşayır? - Prezident açıqladı
-
Nida Xəbər 11:51
Bu, apokalipsis olar, ondan heç kim faydalanmayacaq - Azərbaycan Prezidenti
-
Tarix10:54
Bu dağda üzərində heyrətamiz mesaj olan qab tapıldı: İsraillə Çini nə birləşdirir?