Nida Xəbər
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər

Azərbaycanın antiterror tədbirləri nəticəsində bir gündə Qarabağda bütün mənzərə dəyişdi.
Publika.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milləyət”ə müsahibəsində deyib.
O bildirib ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanan sənədin şərtlərinə əməl etməli idi: “Amma belə olmadı. Ermənilər son vaxtlar, demək olar, hər gün təxribat törədirdilər. Xəbərdarlıqlara rəğmən, Ermənistanın ritorikasında nə isə dəyişmədi. Nəticədə 44 günlük müharibədə olduğu kimi, azərbaycanlı qardaşlarımız qarşı tərəfə layiqli cavabı verdi”.
Y.Gülər vurğulayıb ki, Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində qarşı tərəf təslim olmağa məcbur olub: “Rusiya tərəfi həmin ərazilərin Azərbaycana aid olduğunu söylədi. Rusiya düzgün mövqe ortaya qoydu. Ermənistan baş naziri Nikol Paşinyan Qarabağdakı qanunsuz hərbi birləşmələrlə əlaqəsinin olmadığını deyir. Elə isə onları kim dəstəkləyir? İnşallah, baş verənlər sülhün istiqamətində addım olar. Ümid edirəm ki, Ermənistan öhdəliklərinə əməl edər və regiona sülh gələr”.

-
Qoroskop12:58
2024-cü ilin ulduz falı: Bu bürclər karyerasında BÖYÜK UĞURLAR QAZANACAQ
-
MDB12:28
Putin bunu etsə Stalini keçəcək
-
Rəsmi xronika12:00
Azərbaycanın bu ölkədəki səfiri geri çağırıldı
-
Nida Xəbər 11:48
Ermənistan piyadadır, əsas problem İrandır: Türklər döyüşdən qaçmır, sadəcə...
-
Nida Təhlil 11:04
Rusiyadan Ermənistana Lars şapalağı - TƏFƏRRÜAT
-
Rəsmi xronika10:30
"Ermənistan nə bu gün, nə də gələcəkdə..." - Prezident
-
Hadisə09:38
Bakıda mebel salonu YANDI
-
Hadisə09:21
Şəhid ailəsinin evini soyan şəxs saxlanıldı - FOTO