Nida Xəbər
TÜRKSOY-un Baş katibi: "Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik"

Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik.
Publika.az xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycanın Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfatı ilə bağlı “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Türk dünyasının aşiqi, TÜRKSOY-un dostu olan önəmli bir şəxsi – Qənirə Paşayevanı itirdik. Unutmayacağıq.
Ailəsinə və bütün Türk Dünyasına başsağlığı verirəm. Məkanı cənnət olsun”, - Sultan Raev qeyd edib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

-
Nida Xəbər 11:48
Ermənistan piyadadır, əsas problem İrandır: Türklər döyüşdən qaçmır, sadəcə...
-
Nida Təhlil 11:04
Rusiyadan Ermənistana Lars şapalağı - TƏFƏRRÜAT
-
Rəsmi xronika10:30
"Ermənistan nə bu gün, nə də gələcəkdə..." - Prezident
-
Hadisə09:38
Bakıda mebel salonu YANDI
-
Hadisə09:21
Şəhid ailəsinin evini soyan şəxs saxlanıldı - FOTO
-
Elm və təhsil09:06
Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor TƏYİN EDİLDİ
-
Səhiyyə08:15
Bu xəstəliyin yayılma riski yüksəkdir - ÜST
-
Ekologiya07:15
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ