Nida Xəbər
Ceyhun Bayramov TDT-nin baş katibi ilə görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin müşahidəsi ilə bağlı Azərbaycanda səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
XİN-dən Publika.az-a bildirilib ki, görüşdə Azərbaycan və TDT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri müzakirə olunub.
Ölkəmizin TDT çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, bağlantılar, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, Təşkilatın gücləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Bu istiqamətdə, son dövrlərdə üzv ölkələr arasında təmasların artmasının mövcud əməkdaşlıq imkanlarından səmərəli istifadə üçün şərait yaratdığı bildirilib.
Bu il Təşkilatın ölkəmiz daxil, üzv dövlətlərdə keçiriləcək yüksək səviyyəli tədbirlərinin təşkilatın daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
C.Bayramov müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin ölkəmiz üçün simvolik əhəmiyyət daşıdığını qeyd edib. Seçki prosesinin təşkili ilə bağlı XİN tərəfindən görülmüş hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, prosesin şəffaflığının müşahidəsi baxımından regional və beynəlxalq təşkilatların, o cümlədən TDT-nin müşahidəçi qismində aktiv iştirakının təqdirəlayiq olduğunu bildirib.
Baş katib Kubanıçbek Ömüralıyev, ölkəmizə növbəti səfərinin təşkil olunan tarixi növbədəkənar Prezident seçkiləri dövrünə təsadüf etməsindən məmnunluq duyduğunu, keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın inkişaf və rifahına xidmət edəcəyinə əmin olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikr mübadiləsi aparılıb.
xxx
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TDT-nin baş katibi Kubaniçbek Ömüraliyevlə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə TDT-nin baş katibi "X"da yazıb.
"Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşməkdən şərəf duyuram. Biz TDT-nin fəaliyyətini və Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyən Beynəlxalq Müşahidəçilər Missiyasına aid məsələləri müzakirə etdik",-o qeyd edib.
Honored to have met with H.E. @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of Azerbaijan @AzerbaijanMFA today in #Baku. We discussed our activities of OTS and matters concerning our International Observer Mission monitoring Azerbaijan's early Presidential Elections. pic.twitter.com/eD8eyIkTpy
— Ambassador Kubanychbek OMURALIEV (@KubanOmurali) February 6, 2024
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO