“Əməkdaşlığımızı davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm”
Bizi izləyin

Nida Xəbər

“Əməkdaşlığımızı davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm”

Qırğız Respublikasının Prezidenti Sadır Japarov seçkilərdə inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Publika.az xəbər verir ki, Qırğızıstan Prezidenti məktubunda qeyd edib: “Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və açıq xarici siyasətin davam etdirilməsi üzrə Sizin səylərinizə hörmətin və dəstəyin bariz nümunəsi oldu”.

Sadır Japarov hazırda strateji xarakter daşıyan Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına Prezident İlham Əliyevin şəxsi töhfəsinin onların ölkəsində yüksək qiymətləndirildiyini bildirib.

“Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm”, - deyən S.Japarov dövlətimizin başçısına möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm