Ermənistan Qazaxla sərhəd kəndləri evakuasiya edir: Əhaliyə xəbərdarlıq edildi
Bizi izləyin

Nida Xəbər

Ermənistan Qazaxla sərhəd kəndləri evakuasiya edir: Əhaliyə xəbərdarlıq edildi

Ermənistan fevralın 19-da saat 10:00-dan 15:00-dək Tavuş rayonunun Dilican icmasının Xaştərək qəsəbəsində evakuasiya təlimləri keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Bildirilir ki, hava həyəcan siqnalı veriləcəyi təqdirdə, əhalinin xəbərdar edilməsi, sığınacağa yerləşdirilməsi və evakuasiya edilməsi işlərin təşkili ilə bağlı təlim keçiriləcək.

Bununla bağlı əhaliyə xəbərdarlıq edilib ki, saat 12:00-da hava həyəcan siqnalı işə salınacaq.

Qeyd edək ki, Dilican Azərbaycanın Qazax, Ağstafa rayonları ilə sərhəddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm